QARABAĞ, 12 sentyabr. TELEQRAF
Kəlbəcərin Zar kəndində tikinti işləri yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün başlanması nəzərdə tutulur.
Teleqraf-ın Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Zar kəndində 547 fərdi ev, 100 yerlik uşaq bağçası və 528 şagird yerlik məktəb inşa edilib.
B.Hacıyev qeyd edib ki, tikinti işləri yekunlaşdıqdan sonra kəndə köç prosesi də həyata keçiriləcək:
“Oranın əzəli sakinləri öz torpaqlarına qayıdaraq burada yaşayacaq və çalışacaqlar”.