QARABAĞ, 12 sentyabr. TELEQRAF
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb.
Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndinin yaxınlığında yerləşən Gəncəsar Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksini ziyarət ediblər.
Onlara komplekslərin tarixi və memarlıq xüsusiyyətləri, həmçinin abidələrə edilmiş
müdaxilə, dəyişiklik və saxtalaşdırma halları barədə məlumat verilib.
Daha sonra monastırların ərazisinə baxış keçirilib və abidələrlə tanış olunub.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər “İstisu” mineral sudoldurma zavodunun
fəaliyyəti ilə tanış olublar.
Ardınca diplomatik korpusun nümayəndələri Kəlbəcər şəhərində keçirilən Bal festivalında
iştirak ediblər.
Qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə
sayca 22-ci səfəri idi.
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-
quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, eləcə də tarixi-mədəni irsin
qorunması istiqamətində görülən işlərlə yerində tanış olmaq imkanı yaradılıb.