BAKI, 12 iyul. TELEQRAF
Qətər Daxili İşlər Nazirliyi Dohada hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində baş verən partlayışlardan sonra təhlükəsizlik təhdidinin aradan qaldırıldığını və vəziyyətin normallaşdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, təhlükəsizlik təhdidi tamamilə aradan qaldırılıb və ölkədə vəziyyət normallaşıb.
Qətər Müdafiə Nazirliyi isə raket hücumunun uğurla dəf edildiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Dohada hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə əlaqədar olduğu ehtimal edilən silsilə partlayışlar baş vermişdi.