BAKI, 26 fevral. TELEQRAF

Türkiyə parlamentinin millət vəkili, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu sosial mediada Xocalı Soyqırımı ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, o, bu soyqırımının ölçüyəgəlməz kədər olduğunu bildirib.

“Azərbaycanın kədəri bizim kədərimizdir. 1992-ci il fevralın 26-da Xocalıda qətlə yetirilmiş günahsız azərbaycanlı bacı-qardaşlarımızı bu ölçüyəgəlməz kədərin 34-cü ildönümündə hörmət və rəhmətlə yad edirik”, - Çavuşoğlu vurğulayıb.