BAKI, 22 iyun. TELEQRAF
Azad olunan ərazilərdə iyunun 16-dan 21-dək 29 tank əleyhinə mina, 84 piyada əleyhinə mina, 514 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1 710.16 hektar ərazi minalardan təmizləni