Hazırda qarın yağmağına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günün ikinci yarısında da davam edir.
Teleqraf.com “Report”a istinadla xəbər verir ki, ekofəallar və gənc könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən ərazidə "Qar adamı" quraşdırıblar.
Aksiya iştirakçıları "Qar adamı"nın yanında üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Bu da gənclərin marağına səbəb olub.