BAKI, 21 avqust. TELEQRAF

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Akif Cəbrayıl oğlu Qurbanov dəfn olunub.

Teleqraf xəbər verir ki, mərasimdə şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onun nəşi Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

10:34

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Akif Cəbrayıl oğlu Qurbanovun dəfn mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, mərasimdə şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, A.Qurbanov 1975-ci il oktyabrın 29-u Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. O, 1994-ci il aprelin 26-da Ağdam rayonu, Şotlanlı kəndində itkin düşüb.