GƏNCƏ, 19 dekabr. TELEQRAF

Uzun illərdir Gəncə şəhərinin müxtəlif yataqxanalarında məskunlaşan Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakinləri doğma yurd-yuvalarına qayıdır.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, artıq bu gündən 21 ailənin köçünə hazırlıqlar başlayıb. Həmin ailələrin yükləri, ev əşyaları qəsəbəyə gəndərilib. Sabah isə onlar özləri Kərkicahan qəsəbəsinə yola salınacaq.

Gəncə şəhəri ilə yanaşı ölkəmizin digər şəhər və rayonlarında məskunlaşan Kərkicahan qəsəbə sakinləri mərhələli şəkildə öz tarixi yurdlarına geri dönəcəklər.

Onu da bildirək ki, bu Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə əhali qismində ilk köçdür