BAKI, 21 avqust. TELEQRAF

Təzminat məsələsi ətrafında aparılan müzakirələrin çox zaman fikir ayrılıqlarına və qütbləşməyə səbəb olur.

Teleqraf xəbər verir ki, bunu Ruandanın Türkiyədəki səfiri Kayonga Çarlz Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, diqqət yalnız keçmişdə baş verənlərə görə məsuliyyətin müəyyənləşdirilməsinə deyil, həmin dövrün yaratdığı nəticələrin aradan qaldırılması yollarına yönəldilməlidir.

"Müstəmləkəçiliyin təsirləri ərazi işğalı ilə yekunlaşmayıb. Bu siyasət nəticəsində siyasi hakimiyyətin həyata keçirilməsinə, sosial kimliyin formalaşmasına, iqtisadi münasibətlərə, eləcə də cəmiyyətin müxtəlif qruplarının proseslərə cəlb olunması və ya kənarda saxlanılmasına təsir edən institut və strukturlar meydana çıxıb. Müstəmləkəçilik siyasi nəticələri birbaşa müəyyən etməyib, lakin həmin nəticələrin formalaşdığı strukturları yaradıb. Həqiqi dekolonizasiyaya nail olmaq və bu təsirlərdən azad olmaq üçün ilk növbədə həmin strukturların üzərinə işıq salmaq, onların təsirini müəyyənləşdirmək lazımdır”, - o vurğulayıb.