BAKI, 21 avqust. TELEQRAF

Avqustun 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 6 tüfəng, 5 patron darağı və 94 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 20-də ümumi çəkisi 4,2 kiloqram narkotik vasitə və 306 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.