BAKI, 21 avqust. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio, iki ölkənin əlavə tariflərin tətbiqinin qarşısını alan yeni ticarət sazişi üzrə razılaşmasından sonra Kanadanın xarici işlər naziri Anita Anand ilə iqtisadi münasibətləri müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Rubio "X"də yazıb
"Qarşılıqlı faydalı təhlükəsizlik və iqtisadi məsələlər üzrə tərəfdaşlığımızı gücləndirmək üçün Kanadanın xarici işlər naziri Anita Anand ilə görüşdüm".
ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib ki, tərəflər həmçinin Arktikadakı təhlükəsizlik məsələlərini, Kubadakı vəziyyəti və zəlzələdən sonra Venesuelaya birgə yardımı müzakirə ediblər.