BAKI, 21 avqust. TELEQRAF

Biz narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla ciddi mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə birgə çalışırıq.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində Böyük Britaniyanın dəyərli tərəfdaşıdır və bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb:

“Azərbaycanın öz potensialını dəstəkləyərkən, Birləşmiş Krallığın müdafiə sahəsində təcrübəsindən yararlanacaq təlim, daha sıx müdafiə əlaqələri və əməkdaşlıq imkanları vasitəsilə müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyirik. Birləşmiş Krallıq Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün bu dəstəyi davam etdirməyi səbirsizliklə gözləyirik.

Birləşmiş Krallıq öz təcrübəsini bölüşməkdən qürur duyur, eyni zamanda Azərbaycan hüquq-mühafizə orqanlarının geniş təcrübəsindən və imkanlarından yararlanaraq hər iki ölkənin daha sıx əməkdaşlıqdan faydalanmasını təmin edir.

Azərbaycan bu geniş regionda sabitliyin təşviqində mühüm rol oynayır və bu, Birləşmiş
Krallıqda təhlükəsizliyin təməlinin qoyulması baxımından çox vacibdir”.