BAKI, 21 avqust. TELEQRAF
“Zirə” futbol klubunun braziliyalı hücumçusu Junior Martins Kambocanın “Prexxanrit Svayrinq” komandasına transfer olunub.
Teleqraf xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hücumçunun keçidi ilə bağlı tərəflər arasında rəsmi müqavilə imzalanıb.
"Zirə" PFK Junior Martinsə göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirib və ona gələcək karyerasında uğurlar arzulayıb.