BAKI, 21 avqust. TELEQRAF

"İran rəhbərliyinin böyük bir hissəsinin ölümü Vaşinqton və Tehran arasında razılaşmanı çətinləşdirən amillərdən biridir".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp WABC radiosuna verdiyi müsahibədə bildirib.

"Problemin bir hissəsi İran liderlərinin çoxunun ölməsidir. Razılaşma əldə etmək asan deyil. Ölkəyə kimin rəhbərlik etdiyi bəlli deyil", - deyə Amerika lideri vurğulayıb.

O həmçinin deyib ki, ABŞ İranla münaqişədə məqsədlərinə uğurla çatır, xüsusən də Tehranın nüvə silahı əldə etməsinin qarşısını alır.