BAKI, 21 avqust. TELEQRAF
Serbiyada erkən parlament seçkiləri oktyabr ayında keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç televiziyada çıxışı zamanı deyib.
O bildirib ki, parlament seçkiləri 18 və ya 25 oktyabrda keçiriləcək. Dəqiq tarix yaxın günlərdə məlum olacaq.
Serbiyada parlament seçkiləri 2027-ci ilin dekabrında keçirilməli idi.
12 ildir hakimiyyətdə olan Vuçiçin bu açıqlaması, 2024-cü ilin noyabr ayında Novi Sad şəhərindəki qatar stansiyasında 16 nəfərin ölümünə səbəb olan dam örtüyünün uçması ilə başlayan hökumətə və korrupsiyaya qarşı 18 ay davam edən etirazlardan sonra verilib.
Vuçiç çıxışında erkən prezident seçkiləri təşəbbüsü ilə nə vaxt istefa verəcəyini deməyib.