ŞƏMKİR, 21 avqust. TELEQRAF

Bir neçə gün öncə Şəmkir rayonunun Əliyaqublu kəndində qəzaya düşərək ağır xəsarət alan 2021-ci il təvəllüdlü Qoşqar Aslanov yerləşdirildiyi Şəmkir rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəzada Q. Aslanovun atası Əlizamin Aslanov, İlahə Məmmədova, Elvin Məmmədov, Hicran Həmzəyeva, Zəhra Vəliyeva da həlak olub.

Yaralı sayı isə beş nəfərdir.

Hadisə Əliyaqublu kəndi yaxınlığında "VAZ" markalı avtomobillə "KİA" markalı maşının toqquşması nəticəsində baş verib.