BAKI, 21 avqust. TELEQRAF

Belarus hökuməti Finlandiyadakı səfirliyini 1 sentyabrdan etibarən bağlamaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, Baş nazir Aleksandr Turçin Helsinkidəki diplomatik nümayəndəliyin bağlanması haqqında fərman imzalayıb.

Sənəddə deyilir ki, Belarus Respublikasının Finlandiya Respublikasındakı səfirliyi 1 sentyabr 2026-cı il tarixindən etibarən bağlı olacaq.

Səfirliyin 2011-ci ildən açılması ilə bağlı qərar artıq qüvvədən düşmüş hesab olunur.