BAKI, 13 noyabr. TELEQRAF

Beynəlxalq Enerji Agentliyinin 2026-cı il üzrə qlobal neft təchizatı proqnozunu əvvəlki hesabatla müqayisədə gündəlik 920 min barel artırıb. Bununla da, cari ildə qlobal neft təchizatının gündə 4,7 milyon barel azalaraq 101,6 milyon barelə düşəcəyi proqnozlaşdırılır.

Teleqraf təşkilata istinadən xəbər verir ki, qlobal təklif 2027-ci ilə qədər gündəlik 6,5 milyon barel artaraq 108,1 milyon barelə çatacaq.

Agentliyin hesabatına görə, oktyabrda qlobal neft tədarükü gündəlik 2,3 milyon barel artaraq 105,4 milyon barelə çatıb. Bu, bərpa prosesinin davam etdiyini göstərir. Belə ki, Fars körfəzi ölkələrindən artan tədarük digər regionlardakı çatışmazlıqları kompensasiya edib.

2026-cı ilin birinci rübündə qlobal neft təchizatı gündəlik 103,3 milyon barrel, ikinci rübdə 96,4 milyon barrel, üçüncü rübdə isə 101,5 milyon barrel təşkil edib. Beynəlxalq Enerji Agentliyi dördüncü rübdə bu rəqəmin gündə 105 milyon barrelə yüksələcəyini proqnozlaşdırır.