BAKI, 13 noyabr. TELEQRAF
Dövlət Neft Şirkəti (SOCAR) BP ilə “Azəri-Çıraq-Günəşli (AÇG)” yatağında son neftvermə əmsalının 40 faizdən yüksək olması qənaətinə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov “AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar” tədbirində deyib.
Onun sözlərinə görə, SOCAR və BP yatağın potensialının maksimum dərəcədə reallaşdırılması məqsədilə birgə fəaliyyət göstərir:
“ Yatağın son neftvermə əmsalının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr apardıq və nəticədə bu göstəricinin 40 faizdən yüksək olması qənaətinə gəldik.
Bu nəticəyə neftin keyfiyyəti və mövcud infrastruktur nəzərə alınmaqla gəlinib. 40 faizdən yüksək son neftvermə əmsalı dünya miqyasında neft yataqları üçün yüksək göstəricilərdən biridir”.
O əlavə edib ki, bu hədəfə çatmaq üçün yerin təki və laylarla bağlı genişmiqyaslı seysmik tədqiqatların aparılması tələb olunur”.