BAKI, 13 noyabr. TELEQRAF

2026-cı ildə “Azəri-Çıraq-Günəşli (AÇG)” yatağında hasilatın ilin əvvəlindəki səviyyədən daha yüksək göstərici ilə başa çatdırılacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Dan Sparks “AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar” tədbirində deyib.

“Hasilatın azalma tempini təxminən 12%-dən 3%-ə endirdikdən sonra bu il AÇG-də hasilatı ilin əvvəlindəki səviyyədən daha yüksək göstərici ilə başa vuracağımız gözlənilir”, deyə o qeyd edib.

D. Sparks əlavə edib ki, bu il ötən illə müqayisədə təxminən 50% daha çox qazma keçidi həyata keçirilib.