BAKI, 20 oktyabr. TELEQRAF

Yeni qanun layihəsi hərbi prokurorun inzibati xəta işləri üzrə qəbul edilən bəzi qərarların qanuniliyini və əsaslılığını yoxlamasını nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Təklifə əsasən, hərbi prokuror inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi barədə qərardadı və ya iş üzrə icraata xitam verilməsi haqqında qərarı daxil olduğu vaxtdan 30 gün ərzində yoxlayacaq.

Qərarın qanunsuz və ya əsassız olduğu müəyyən edilərsə, prokuror onu ləğv edərək qanunvericilikdə nəzərdə tutulan müvafiq qərarı qəbul edə, protokol tərtib edə və ya materialları yenidən baxılması üçün səlahiyyətli orqana göndərə biləcək.

Dəyişiklik inzibati xəta işləri üzrə qərarların hüquqi əsaslarının daha ətraflı yoxlanılmasını hədəfləyir.