BAKI, 20 oktyabr. TELEQRAF

Qanun layihəsində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə ilə bağlı pozuntuların təkrar törədilməsinə görə cərimə tətbiqi təklif olunur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Məcəllənin 613.4-cü maddəsinə təklif edilən dəyişikliklərə əsasən, 613.2-ci maddədə nəzərdə tutulan əməllərin inzibati tənbeh haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək cərimə və ya 10 gündən bir ayadək inzibati həbs tətbiq edilə bilər.

Beləliklə, layihə təkrar pozuntulara görə alternativ tənbeh mexanizminin müəyyənləşdirilməsini nəzərdə tutur. Sanksiya seçilərkən işin halları və pozuntu törədən şəxsin şəxsiyyəti nəzərə alınacaq.