BAKI, 20 oktyabr. TELEQRAF

İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə təklif olunan dəyişikliklər hərbi qulluqçuların törətdiyi inzibati xətalar üzrə prokuror nəzarətinin prosessual mexanizmlərini genişləndirir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı işlər və prokurorun öz təşəbbüsü ilə başlanmış işlərlə yanaşı, müvafiq səlahiyyətli vəzifəli şəxs tərəfindən başlanmış müəyyən inzibati xəta işlərinin baxılmasının yeri və vaxtı da prokurora bildirilməlidir.

Bu dəyişiklik hərbi prokurorun səlahiyyət dairəsinə daxil edilən işlər üzrə prosesdə iştirakının təmin olunmasına xidmət edir. Təklif qanunvericiliyin digər müddəalarının da yeni nəzarət mexanizminə uyğunlaşdırılmasını nəzərdə tutur.