BAKI, 24 noyabr. TELEQRAF

Gömrük orqanlarının vəzifəli şəxslərinin aşağı vəzifəyə keçirilməsinin hüquqi əsasları dəqiqləşdirilir.

Teleqraf xəbər verir ki, təklif olunan dəyişikliklərə əsasən, əməkdaşlar üç halda aşağı vəzifəyə keçirilə biləcəklər:

Ştatların ixtisarı nəticəsində onları bərabər vəzifəyə keçirmək mümkün olmadıqda;

Attestasiyanın nəticələrinə görə tutduqları vəzifəyə uyğun gəlmədikləri müəyyən edildikdə;

İntizam tənbehi qaydasında.

Bu müddəalar “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 53-cü maddəsinin yeni redaksiyasında əksini tapır.

Beləliklə, gömrük əməkdaşlarının aşağı vəzifəyə keçirilməsi üçün nəzərdə tutulan hallar qanunvericilikdə konkretləşdirilir.

Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.