BAKI, 24 noyabr. TELEQRAF

Azərbaycan Respublikasında gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsi qaydalarına dəyişiklik edilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, dəyişikliklərə əsasən, gömrük əməkdaşları bir sıra hallarda başqa vəzifəyə keçirilə biləcəklər. Bunlara yuxarı vəzifəyə təyin edilmə, ailə vəziyyəti, səhhət, yaş həddi və rotasiya qaydasında yerdəyişmə daxildir.

Yeni dəyişikliklərə görə, ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilmək mümkün olmadıqda, attestasiya nəticəsində əməkdaşın tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə və intizam tənbehi qaydasında aşağı vəzifəyə keçirilməsi də nəzərdə tutulur.

Qanun layihəsində qeyd olunur ki, müəyyən edilmiş hallarda başqa işə keçirilmə əməkdaşın razılığı əsasında həyata keçiriləcək.
Qanun layihəsi Milli Məclisin bu günki iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.