BAKI, 24 noyabr. TELEQRAF
Azərbaycan Respublikasında gömrük orqanlarında xidmətin təşkili ilə bağlı qanunvericiliyə yeni müddəa əlavə edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə 53-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur.
Yeni maddəyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının keçirilməsi qaydası Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Bununla yanaşı, Əsasnamənin 52-ci və 53-cü maddələri də yeni redaksiyada təqdim olunur. Dəyişikliklər gömrük əməkdaşlarının başqa işə keçirilməsinin əsaslarını, o cümlədən rotasiya və aşağı vəzifəyə keçirilmə hallarını əhatə edir.
Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.