BAKI, 24 noyabr. TELEQRAF
Gömrük orqanlarında çalışan vəzifəli şəxslərin rotasiya qaydasında başqa işə keçirilməsi ilə bağlı yeni hüquqi mexanizmin yaradılması təklif olunur.
Teleqraf xəbər verir ki, bununla bağlı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişiklik edilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, gömrük əməkdaşlarının rotasiyasının keçirilməsi qaydasını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edəcək.
Dəyişikliklə rotasiya gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsi üçün ayrıca əsas kimi Əsasnaməyə daxil edilir.
Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.