BAKI, 13 mart. TELEQRAF
“İl ərzində deputatlardan və icra hakimiyyətlərindən 124 müraciət daxil olub. Müvafiq qurumlar tərəfindən il ərzində 51 müraciət tam icra edilib, 35 müraciətə baxılır və icra səviyyəsi yüksəkdir, 38 müraciət üzrə isə işlər davam etdirilir. Həmin müraciətlərin də yaxın zamanda öz həllini tapacağı gözlənilir".
Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına dair səsləndirilən təkliflərə münasibət bildirərkən deyib.
"Bu gün Milli Məclisdə hökumətin hesabatını dinlədiyinizə və onun müzakirəsini yüksək səviyyədə təşkil etdiyinizə görə Milli Məclisin rəhbərliyinə və bütün deputatlara təşəkkürümüzü bildiririk. Hökumətin hesabatına verdiyiniz yüksək qiymətə görə minnətdarlığımızı ifadə edirik",- Baş nazir vurğulayıb.
O deyib ki, deputatlar qaldırdığı məsələlər hökumətin aidiyyəti qurumları tərəfindən hər zaman olduğu kimi mövcud imkanlar çərçivəsində diqqətdə saxlanılacaq və onların maksimum səviyyədə icrası üçün müvafiq addımlar atılacaq.