BAKI, 13 mart. TELEQRAF

Ötən il dövlət büdcəsindən təhsil və elm xərclərinə 4.8 milyard manatdan artıq vəsait ayrılıb (artım 5,1%).

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə çıxışında deyib.

O bildirib ki, 2025-ci ildə 31 təhsil müəssisəsində (o cümlədən 11-i Heydər Əliyev Fondu tərəfindən) işlər yekunlaşdırılıb, 97 təhsil müəssisəsində (o cümlədən 70 modul tipli ) isə tikinti-quraşdırma işləri davam edir: “Eyni zamanda, 959 təhsil müəssisəsində, o cümlədən 10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılıb. Bu işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır”.