BAKI, 13 mart. TELEQRAF
2025-ci ildə Azərbaycanda 76,1 min aztəminatlı ailənin üzvünə ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği isə 422,4 manat təşkil edib.