BAKI, 13 mart. TELEQRAF
Ötən il Azərbaycanda əhalinin rifah halının yaxşılaşdırılması və maddi durumunun gücləndirilməsi istiqamətində sosial islahat tədbirləri davam etdirilib.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Sənədə əsasən, 2025-ci ildə sosialyönlü xərclərin maliyyələşdirilməsi istiqamətində 15,3 milyard manat vəsait yönləndirilib ki, bu da 2024-cü illə müqayisədə 601,8 milyon manat çoxdur.
Həmçinin hesabatda qeyd olunub ki, ötən yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketinin icra edilməsi istiqamətində təqribən 8 milyard manat vəsait sərf edilib.