BAKI, 13 mart. TELEQRAF
Ötən il orta illik baza inflyasiyası 4.7% olub.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, 2025-ci ildə orta illik inflyasiya isə 5.6% olub.
Bundan başqa, ötən ildə cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya 5.2%, o cümlədən, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4%, qeyri-qida məhsulları üzrə 2.5%, ödənişli xidmətlər üzrə isə 5.7% təşkil edib.