SUMQAYIT, 11 oktyabr. TELEQRAF
Sumqayıt şəhərində yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı marşrut avtobusu “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Hadisənin digər detalları dəqiqləşdirilir.