BAKI, 11 mart. TELEQRAF
"Azərbaycanda pay torpaqları sahəsi olduqca kiçikdir, bu bir reallıqdır. Biz buradan çıxış edərək işlərimizi qurmalıyıq".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, Azərbaycanda fermerlərinin birgə fəaliyyətinə, hansısa formada torpaqların birləşdirilərək məhsul istehsalına nail olmağa çalışmalıyıq.
Onun sözlərinə görə, Azərbaycan inkişaf etdikcə kənd təsərrüfatında məşğul əhali sayı azalacaq: “Ölkəmizdə süni zəkanın məşğulluğa təsirindən daha çox ortadakı boşluğu aradan götürülməsinə inanıram”.
Nazir əlavə edib ki, ərzaq təhlükəsizliyi anlayışı müəyyən mənada bəzi inkişaf etmiş ölkələr üçün daha çox ərzaq təhlükəsizliyinin nə qədərini iqtisadi səmərəli olaraq ölkədə təmin edə bilərəm, nə qədərini isə minimal risklə başqa yerlərdən tədarük edə bilərəm məntiqinin ətrafında birləşir: "Bu, sadəcə ölkədə istehsal deyil, həm ticarət siyasəti, həm də istehsal siyasətinin birgə birləşdirilməsindən irəli gəlir. Düşünürəm ki, bunu göz önündə saxlamalıyıq".