BAKI, 11 mart. TELEQRAF
"Cəlilabad rayonunun İranla sərhəd ərazilərində zəbt olunmuş torpaqlarla bağlı problem mövcuddur".
Teleqraf xəbər verir ki bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deputat Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, seçiciləri ilə görüşdə fermerlər yaxşı məhsul yetişdirdiklərini, lakin məhsulun saxlanılması üçün lazımi şərait olmadığını və bu səbəbdən məhsulun çürüyərək məhv olduğunu bildirirlər.
E.Nəsirov bildirib ki, məhsulun saxlanılması üçün anbarlara, xüsusilə də iri həcmli soyuducu anbarlara ciddi ehtiyac var: "Məhsulların belə soyuducu komplekslərdə saxlanılması fermerlərin böyük itkilərlə üzləşməsinin qarşısını ala bilər".