"Fermerin süni intellekt, robot haqqında məlumatı yoxdur. Bununla bağlı yerlərdə maarifləndirici tədbirlər təşkil edilməlidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov deyib.
O qeyd edib ki, süni intellektin tətbiqi fermerlərə əl əməyinin azalmasına, proseslərin uzaqdan idarəedilməsinə imkan yaradır: "Ən vacib sahələrdən biri kənd təsrrüfatı, aqrar sektordur. Kənd təsərrüfatı ölkədə ərzaq təhülkəsizliyinin təmin edilməsində ən vacib sahədir".