BAKI, 11 mart. TELEQRAF
"Azərbaycanın növbəti mərhələdə ağıllı kənd təsərrüfatı modelinə keçidi real və zəruri istiqamətdir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Vüqar İskəndərov komitədə keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, "Ağıllı fermer" – milli süni intellekt platformasının yaradılması məqsədə müvafiq olardı: "Beləliklə məlumat bazaları arasında vahid süni intellekt platforması qurula bilər. Bu platforma fermerlərə mobil tətbiq vasitəsilə müxtəlif tövsiyələr verə bilər".