BAKI, 11 mart. TELEQRAF
"Astarada olanda portağal və naringilərin sahələrdə qaldığının şahidi oldum. Səbəbini soruşduqda satış üçün yer tapa bilmədiklərini dedilər. Əkilən satılmalıdır. Əgər belə olmasa, onda fermerin üzü gülə bilməz".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.
O qeyd edib ki, qanunverici orqan olaraq bizə tövsiyələr verilməlidir, biz onu qanun şəklinə salaq: "Kənd təsərrüfatı ilə bağlı uğurlara nail olaq. Burada süni intellektlə bağlı deyilənləri qəbul edirəm. Bu gün mənim kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm. Hansı dərmanın nə vaxt verilməsini, verilməməsini və digər məsələləri tapşırıram".