BAKI, 11 mart. TELEQRAF

"Azərbaycanın əsas hədəflərindən biri ölkəmizin regionda süni zəka sahəsində inkişafına nail olmaqdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə zamanı Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O qeyd edib ki, bu strateji yanaşma aqrar sektor üçün də mühüm perspektivlər açır: “Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi elektron informasiya sahəsində artıq ikinci mərhələdə olan işləri görür. Transformasiyanın yeni sahəsi aqrar sektorda süni intellektin tətbiqidir. Bununla da dövlətin kənd təsərrüfatı ilə bağlı strateji hədəfləri də özünü təsdiq etmiş olur. Beləliklə əldə edilmiş məlumatlar fermerlər üçün də mühüm imkanlar açır”.