BAKI, 29 oktyabr. TELEQRAF
"Konstitusiyanın qəbul edilməsi və onun qərarlarının qorunması olduqca önəmlidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Belarus Milli Assambleyası Respublika Şurasının sədr müavini Vladislav Tatarinoviç deyib.
O qeyd edib ki, Belarusda milli hüquq sistemi təmin edilib: “Konstitusiya xalqın və dövlətin yaradıcılığını təmin edən əsas sənəddir. Bu, Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hazırda ölkənizlə Belarus arasında əməkdaşlıq uğurla inkişaf edir”.