BAKI, 16 oktyabr. TELEQRAF

Layihə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi sahəsində normativ hüquqi bazanın yenilənməsi zərurəti ilə bağlı hazırlanıb.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, bu, texniki dəyişiklikdən daha çox mahiyyət dəyişikliyi, qanunun dəqiqləşdirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır:

"Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydasının hansı icra hakimiyyəti orqanının necə müəyyən etdiyi açıq qalırdı. İndi bu məsələ dəqiqləşdirilir, yəni həmin qurum Nazirlər Kabineti olacaq".