BAKI, 12 oktyabr. TELEQRAF
“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi MLS-də bombardirlər yarışında liderliyini möhkəmləndirib.
Teleqraf xəbər verir ki, 39 yaşlı hücumçu “Di Si Yunayted”lə oyunda dubl edərək komandasının 4:0 hesablı qələbəsinə töhfə verib.
Bununla da Messinin cari mövsümdə vurduğu qolların sayı 23-ə çatıb. O, bombardirlər siyahısında ikinci olan “Dallas”ın futbolçusu Petar Musanı 4 qol qabaqlayır. Musanın hesabında 19 qol var.