GƏNCƏ, 11 oktyabr. TELEQRAF

1990-cı il təvəllüdlü Röyal Həsənovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Teleqraf-ın Qərb bürosunun verdiyi ilkin məlumata görə, 36 yaşlı şəxsin atası tərəfindən bıçaqlandığı iddia olunur.

R. Həsənov Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Zülfüqar Məmmədov adına xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

***

22:29

Gəncədə kəsici alətdən yaralanan şəxs xəstəxanada ölüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə aldığı xəsarət nəticəsində xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Hadisənin hansı şəraitdə və necə baş verməsi ilə bağlı araşdırma başlanılıb.