BAKI, 29 sentyabr. TELEQRAF
"Qanunvericilikdəki dəyişikliklər Azərbaycanın sosial dövlət modelinə atılacaq addımların arealını genişləndirəcək".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən payız sessiyası üzrə növbəti iclasında deputat Müşfiq Məmmədli deyib.
O qeyd edib ki, bu istiqamətdə dövlət tərəfindən atılan addımlar hər kəs tərəfindən dəstəklənir: “Bu amil dövlətin hər zaman vətəndaşın, uşaqların yanında olmasının əyani təzahürüdür. Qanunvericilik səviyyəsində edilən dəyişikliklər, atılan addımlar məhz dövlətin sosial dövlət prinsiplərinin daha da möhkəmlənməsinə xidmət edir. Yeni qanuna daxil edilən anlayışlar da humanizm amilinin bariz nümunəsi hesab edilir”.