BAKI, 15 sentyabr. TELEQRAF
Nə qədər ki bank sistemimiz bu faizlərlə və şərtlərlə çalışır, yəni əmlak, girov və maaş təminatı olmayan kreditlər verir, bu cür problemlər olacaq. Bu gün 340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, bank sistemi bu cür yerinə yetirilməyən məhkəmə qərarlarından ibarət durumu yaradır:
"Nə qədər ki, bu prosesin qarşısını kəsməmişik, onda hamımız telefondan asılı qalacağıq, kimlərdənsə xahiş edəcəyik ki, filan qərarlar yerinə yetirilsin".