BAKI, 21 may. TELEQRAF
Dayanıqlı İnkişaf Məqsədlərin 5-ci hədəf çərçivəsində (Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək) əmək münasibətlərində ayrı-seçkiliyin və seksual qısnamanın yol verilməzliyinin təmin edilməsi məqsədilə hazırlanmış Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunlara dəyişiklik layihəsi hazırlanıb.
Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınaraq qanun layihəsi təkmilləşdirilib.
Layihə hazırda müvafiq qurumlara razılaşdırılmaq üçün göndərilmə mərhələsindədir.
İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.