BAKI, 3 sentyabr. TELEQRAF

Əməkdar artist Züleyxa Hacıyeva ilə Təzə Pir məscidində keçirilən vida mərasimi başa çatıb.

Teleqraf xəbər verir ki, vida mərasimində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, televiziya əməkdaşları, ictimai şəxslər və nərhumun yaxınları ştirak ediblər.

Qeyd edək ki, Züleyxa Hacıyeva Yasamal qəbiristanlığında dəfn ediləcək. O, ötən gün axşam saatlarında 103 yaşında vəfat edib.

***

12:31

Əməkdar artist Züleyxa Hacıyeva ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, vida mərasimində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, televizya əməkdaşları, bir çox ictimai şəxslər və mərhumun yaxınları ştirak edirlər.

Qeyd edək ki, Züleyxa Hacıyeva ötən gün axşam saatlarında 103 yaşında vəfat edib.