BAKI, 3 sentyabr. TELEQRAF

Mina fəaliyyəti minatəmizləmə başa çatdıqda sona çatan bir proses deyil. Azərbaycan göstərir ki, mina fəaliyyəti ölkənin öz ərazisini necə planlaşdırmasının daimi tərkib hissəsi olmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

“Ümumiyyətlə, tam minatəmizləməyə nail olmuş hər bir ölkə sonda bu prinsipi dərk edib və tətbiq edib. Azərbaycan isə siyasətin hələ formalaşdırıldığı bu mərhələdə bunu erkən həyata keçirmək kimi nadir imkana malikdir”, - deyə o bildirib.