BAKI, 3 avqust. TELEQRAF
Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçin Əfəndiyevin adı verilib.
Teleqraf xəbər verir ki, bu barədə Xalq yazıçısının qızı, deputat Günay Əfəndiyeva Elçin Əfəndiyevin qəbirüstü abidəsinin açılışı zamanı qeyd edib.
Günay Əfəndiyeva Prezident İlham Əliyevə diqqətə görə təşəkkür edib: "Cənab Prezidentə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Mədəniyyət Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə təşəkkür edirəm”.