BAKI, 3 sentyabr. TELEQRAF
"Züleyxa Hacıyeva radio sahəsində çox məhsuldar dövr keçirib. Yüzllərlə materialı səsləndirib. Azərbaycan radio sahəsində ilk qadın diktor olub. SSRİ miqyasında ilk qadın idman ustası olub".
Teleqraf xəbər verir ki, bunu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Əməkdar artist Züleyxa Hacıyeva ilə Təzə Pir məscidində keçirilən vida mərasimində deyib.
"Təəssüflənirəm ki, belə bir şəxsiyyəti itirdik. Təxminən iki il əvvəl evində qonaq olduq. Züleyxa xanım bir əsrdən çox yaşadı və geriyə elə uğurlar qoydu ki, bir gün də, sabah da yaşayacaq. Ailəsinə başsağlığı veririk və o, daim qəlbimizdə yaşayacaq", - deyə R. Məmmədov əlavə edib.